Evə çatdırılma

 

«Retro Sham» restoranı geniş çeşidli yeməklərin iş yerlərinə və evə çatdırılmasını təşkil edir. Bu yeməklərin hazırlanmasında ancaq yüksək keyfiyyətli və ekoloji cəhətdən təmiz qida məhsullarından və sudan istifadə olunur. Keyfiyyətə nəzarət yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Çevik və nəzakətli kuryerlər sizin sifarişlərinizi ən az vaxta Sizə çatdıracaqlar. Siz asudə vaxtınızı bizim restoranda keçirə, gedəndə sifarişlərinizi özünüzlə apara, ofisə vəya evə çatdırılmasını tələb edə bilərsiniz. Sifarişləri müxtəlif cürə edə bilərsiniz:Onlayn müraciət vasitəsi ilə, telefon vasitəsi ilə və ya bilavasitə restorana gəlib menyudan seçərək, lazım olan günə sifariş etməklə Siz vaxta qənaət etmiş olarsınız. 

İş yerlərinə sifarişlərin çatdırılması

Siz işçilərinizin qayğısına qalırsınız və bilirsiniz ki, tam gücü ilə işləmək üçün, keyfiyyətli qidalanmaq lazımdır. Bu halda “Retro Sham” sizin ən düzgün seçiminizdir. Bizim kompleks naharlar, öz yeməkxanası olmayan, lakin işçilərini sağlam və keyfiyyətlə qidalandırmaq arzusunda olan şirkətlər üçün çıxış yoludur. Siz naharların ofislərə, şirkət rəhbəri kimi iş yerinizə çatdırılması üçün müqavilə bağlaya bilərsiniz. Biz də, öz tərəfimizdən, hazır naharları vaxtında çatdırmaqla, işçilərinizi dadlı və doyumlu qida ilə təmin etmiş olarıq.     

Яндекс.Метрика