Kiyev kotleti

Əvvəllər kiyev kotletlərin yalnız restoranda dada bilirdik. Amma hal-hazırda istənilən vaxt evimizdə hazırlaya bilərik. Bu reseptlə Siz həm ailə üzvlərinizi həm də qonaqlarınızı sevindirə bilərsiniz.

Ərzaqlar
  •  Toyuq sinəsi 500 gr
  • Kərə yağı 60 gr
  • Sarımsaq 2-3 əd
  • Şüyüt
  • Yumurta 3 əd 
  • Suxari ovuntusu
  • Un
  • Bitki yağı
Vaxt (80 dəq)

Toyuq sinəsinin artığını kəsirik, böyük hissəni ortadan kitab kimi kəsib açırıq və döyürük.Sousu hazırlayirıq bunun uçun:Mayonez,sarımsaq, xardal, duz və istiotu qarışdırırıq.

(Sousu sinəyə çəkirik:) (toyuğun sinəsinə)

Sinədən kəsdiyimiz artıq parçanı da döyürük və içinə kibrit qutusunun yarısı qədər yağ qoyuruq.

Büküb sinənin içinə qoyuruq.Sonra sinəni bükürük.

Sinələri yarım saatlıq buzxanaya qoyuruq ki, içindəki yağ donsun.
Yarım saat keçdikdən sonra 1 qabda yumurta və süd çalırıq,o biri qaba isə suxari tökürük.Kotletləri birinci süddə hər tərəfli isladırıq sonra suxari olan qaba qoyuruq. Bu prosesi 2 dəfə eləyirik.

kotletləri 220°C qızmış sobada 45 dəqiqə və ya üstü qızarana kimi bişiririk.

 

Şah plov

Əgər Sizi adi plovla təəcübləndirmək mümkün deyilsə və Siz yeni təam dadmaq istəyirsinizsə, mütləq şax plovu dadın. Şah plov Azərbaycanın milli yeməyidir. 

Ərzaqlar
  • Qoyun əti 500 qr.
  •  Düyü 800 qr.
  •  Kişmiş 100 qr.
  • Qaysı 100 qr.
  • Albuxara 100 qr.
  • Soğan 3-4 əd.
  • Kərə yağı 300 qr.
  •  Lavaş 5-6 əd.
Vaxt (60 dəq)

Şabalıdın qabıqlarını təmizləyirik. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq. Doğranmış soğanı tavaya töküb, duz səpib, yağ əlavə edib, qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq. Əvvəlcədən suda bişmiş əti tavada yağ əlavə edib qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu, istiot  səpib qarışdırırıq. Qovrulmuş soğan ilə əti qarışdırırıq.

Kişmiş, qaysı və turşunu tavaya yağ əlavə edib qovururuq. Qazmağı hazırlayırıq. Un ilə yağı ovuruq. Üstünə yumurtanı, xamanı və duzu əlavə edib qarışdırırıq. Xəmiri yoğururuq. Yumşaq xəmir olur. Xəmiri bir balaca və bir böyük hissələrə bölürük. Böyük kündəni yuxa kimi yayırıq. Qalınlığı yuxadan az qalın olsun. Sobaya yerləşə biləcək bir qazan götürürük. Onun içini yaxşı yağlayırıq. Yayılmış yuxanı qazanın içinə yerləşdiririk. Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (5 litrlik qazana 2-dolu x.q duz) Qaynayanda yuyulmuş düyünü töküb bişiririk. Düyünü tökən kimi qarışdırın ki, bir birinə yapışmasın. Düyü tam bişməmiş onu süzürük və üzərinə sarıkök ya da dəmlənmiş zəfəran tökürük. Bişmiş düyüdən az tökürük və üzərinə şabalıd tökürük. 180-200 dərəcədə qabaqcadan qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük. Süfrəyə verilən plov üsdən kəsilir və qaşıqla götürülür.

Яндекс.Метрика